Almaniyadan 11 Azərbaycan vətəndaşı deportasiya edilib - SİYAHI (FOTO)

14
noy
2019
21:12
Son iki gündə Almaniyadan 11 Azərbaycan vətəndaşı deportasiya edilib.BAKU.WS “Report”a istinadən xəbər verir ki, onlar Almaniyanın Şimali Reyn Vestfaliya əyalətinin Geseke şəhərində yaşayan Əfran və Ülviyyə Mütəllimovalar, Axen şəhərindən Toğrul Məmmədov, Hamm şəhərindən Azər Əliyev həyat yoldaşı və iki uşağı ilə, Bavariya əyalətindən isə İmran Davudov, Ülviyyə Davudova və onların övladları - 11 yaşlı Fatimə və 9 yaşlı Binnət Davudovalardır.Azərbaycan vətəndaşları Bayroyt və Düsseldorf hava limanlarından transfer uçuş vasitəsilə Azərbaycana deportasiya ediliblər.Onlar sığınacaq istəklərinin geri çevrilməsi ilə bağlı Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəninin (BAMF) qərarından məhkəməyə dəfələrlə şikayət etsələr də, deportasiyadan xilas ola bilməyiblər.
Qalereya
Oxşar xəbərlər
Müsavat vəsiqəsi ilə Almaniyaya gedənlərin hamısı deportasiya olunur
Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanda müxalifət partiyalarının keçmiş fəallarından ibarət cinayətkar şəbəkə üzvlərinin işini araşdırmaqda davam edir...
