Müsavat vəsiqəsi ilə Almaniyaya gedənlərin hamısı deportasiya olunur

14
noy
2019
17:39
Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanda müxalifət partiyalarının keçmiş fəallarından ibarət cinayətkar şəbəkə üzvlərinin işini araşdırmaqda davam edir.BAKU.WS xəbər verir ki, Almaniya polisinin apardığı araşdırma nəticəsində müxalifət partiyalarının 7 fəalı, xüsusən də Müsavat Partiyasından olan üzvlərin miqrant alveri məqsədi ilə vahid cinayət qrupu yaratdıqları məlum olub. Hazırda onlar Azərbaycandan miqrantların qanunsuz yollarla ölkəyə gəlməsini təşkil etməkdə ittiham olunurlar. Cinayətkarlar göstərdikləri xidmətə görə 3 min-10 min arası avro pul alıblar. Son məlumata görə, Bavariyada yerli rəhbərlik siyasi təqiblərə görə sığınacaq almış çox sayda miqrantı Azərbaycana deportasiya etmək qərarına gəlib. Onların hamısı Müsavat Partiyasının vəsiqələri əsasında sığınacaq alıblar.
Oxşar xəbərlər
Azərbaycanlı mühacir Fransada saxlanılıb - FOTO
Azərbaycanlı mühacir Rəfail Priyev Fransada saxlanılıb.BAKU.WS report-a istinadən xəbər verir ki, xəbər verir ki, bir neçə il əvvəl Azərbaycandan Almaniyaya ged...
