Almaniyada dava: Azərbaycanlı bıçaqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Almaniyada qaçqın yataqxanasında dava olub, Azərbaycan vətəndaşı bıçaqlanıb.
BAKU.WS bu barədə "Report"a istinadən məlumat verir.
Belə ki, hadisə dekabrın 31-i, axşam saatlarında Bielefeldəki sığınacaq axtaranların müvəqqəti məskunlaşdığı yataqxanalardan birində qeydə alınıb.
Məlumata görə, İran və Somalidən olan iki şəxsin mübahisəsi əlbəyaxa davaya çevrilib. Bu zaman Somalidən olan şəxs tərəfləri sakitləşdirmək istəyən Azərbaycan vətəndaşı, 31 yaşlı Samir Orucova mətbəx bıçağı ilə xəsarət yetirib.
Yaralı hadisə yerinə gələn təcili yardım avtomobili ilə yaxınlıqdakı xəstəxanaya çatdırılıb.Xəstəxanadan S.Orucovun yarasının yüngül olduğu deyilib.
Bielefeld polisindən bildirilib ki, İran və Somali vətəndaşları saxlanılıb. Onlar barəsində cinayət işi açılıb.
Oxşar xəbərlər
Bakıda qız söhbətində qan düşdü: Məktəbin yanındakı cinayətin TƏFƏRRÜATI - FOTO
Bakının Sabunçu rayonu Bakıxanov qəsəbəsində 2020-ci il sentyabrın 25-də Məhəmməd Əzimov bıçaq xəsarətləri alır. Yaralı Sabunçu Tibb Mərkəzinin reanimasiya şöbə...