Ala bilmədiyi maşına od vuran hərbçinin FOTOSU
Bakıda ala bilmədiyi maşına od vuran baş leytenantın görüntüləri yayılıb.
BAKU.WS xəbər verir ki, Murad Əfəndiyev ehtiyatda olan baş leytenantdır.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Elburus İbrahimov Oxu.Az-a bildirib ki, bir nəfərin avtomobili yandırması barədə sosial mediada paylaşılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb və hadisənin mayın 11-də Xəzər rayonu ərazisində baş verdiyi məlum olub.
"Əməli törətməkdə şübhəli bilinən M.Əfəndiyev müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun bir il əvvəl aldığı "Fiat Doblo" markalı avtomobilin sahibinə borclu qaldığı 1 000 manatı qaytara bilmədiyinə görə nəqliyyat vasitəsini qəsdən yandırması müəyyən edilib. Faktla bağlı Xəzər RPİ-nin 1-ci Polis Şöbəsində araşdırmalar davam etdirilir", - deyə E.İbrahimov bildirib.
Qalereya
Oxşar xəbərlər
Saxta diaqnozla əlillik dərəcəsi verən vəzifəli şəxslər hakim qarşısına çıxarılıblar
Sabirabad Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxslərinin saxta diaqnozlarla və tibbi müayinədən keçirilmədən əlilliyin verilməsi müqabilində rüşvət almaqda t...