Aktyor Rza Rzayev həbs olunub

Aktyor Rza Rzayev həbs olunub
Hadisə 444

Tanınmış aktyor, rejissor və ssenarist Rza Rzayev həbs olunub.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirli bilərək, barəsində 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarılıb.

Xəbəri Rza Rzayevin vəkili Səlahəddin Cəfərov təsdiq edib.

Qeyd edək ki, tanınmış aktyor Tural Mirzəliyev və Ülvi Quliyevin şikayətləri əsasında həbs edilib. Cinayət işi 2018-ci ildən davam edir və bu gün zərərçəkənlərin birinci instansiya məhkəməsinin qərarından verdikləri apellyasiya şikayətinə baxılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər