Ailənin illərdir gözlədiyi övladı faciəli şəkildə öldü: Muradın ad gününə cəmi iki gün qalmışdı...
Yeniliklərdən dərhal xəbərdar olun
Ailənin uzun illər sonra dünyaya gələn yeganə övladı binadan yıxılaraq həyatını itirib.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, faciəli hadisə Tərtər şəhərinin Nizami küçəsində baş verib.
Azyaşlının atası bildirib ki, iki yaşlı övladı olduqca aktiv uşaq olub. Hadisə onun anasının bir anlıq nəzarətindən yayınması nəticəsində baş verib.
Uşaq dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Ailə cəmi iki gün sonra - mayın 13-də balaca Muradın doğum gününü qeyd etməyə hazırlaşırmış.
Yaxınlarının sözlərinə görə, Murad ailənin uzun illər sonra dünyaya gələn yeganə övladı olub.
Bərdə Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata əsasən, 2024-cü il təvəllüdlü azyaşlı dünən saat 12 radələrində ağır vəziyyətdə tibb müəssisəsinə çatdırılıb.
Həkimlər ona burun sümüklərinin sınığı, kəllə-beyin travması və kəllə əsası sınığı diaqnozları qoyublar.
Aparılan intensiv reanimasiya tədbirlərinə baxmayaraq, uşağın həyatını xilas etmək mümkün olmayıb.
Oxşar xəbərlər
Məktəbdə jurnalistləri döyən şəxs boksçu imiş - Detallar
Ötən gün Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə "Real" TV-nin çəkiliş qrupuna hücum olub. BAKU.WS "Trend"ə istinadla xəbər verir ki, hadisəd...