Ailə faciəsi: Yanaraq həlak olan şəxsin arvadı da canına qıymaq istədi - Qəzadan GÖRÜNTÜLƏR
Şirvanda intihara cəhd hadisəsi baş verib.
BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, Şirvan sakini, 27 yaşlı Nülufər Ramiz qızı Abuzərli sirkə turşusu içərək intihara cəhd edib.
O, qida borusunun və mədənin kimyəvi yanıq diaqnozu ilə Şirvan xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib.
Qeyd edək ki, N.Abuzərli 2 gün əvvəl Bakıda avtoqəzada həyatını itirən sürücü İlkin Abuzərlinin həyat yoldaşıdır.
Ehtimal olunur ki, ərinin faciəli ölümünə dözməyən qadın canına qəsd etmək istəyib.
Faktla bağlı araşdırma aparılır.
İlkin Abuzərlinin yanaraq öldüyü qəzanın görüntülərini təqdim edirik:
Oxşar xəbərlər
15 ildən sonra doğulan nəvəsinə ad günü məclisi keçirməyə yığışıblarmış - Dəhşətli qəzanın yeni TƏFƏRRÜATI
"Beş nəfəri artıq dəfn etmişik. Bu, sözün bitdiyi yerdir, nə deyəcəyimizi bilmirik. Həqiqətən də, sözün qurtardığı yerdir. Belə bir faciədir". Zərdabda baş verm...