Ağsuda silahlı narkokuryerlər saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Ağsuda silahlı narkokuryerlər saxlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Belə ki, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 61 yaşlı Taleh Həziyev və əvvəllər də məhkum olunmuş 60 yaşlı Mübariz Əzizov saxlanılıb.
Onların idarə etdiyi avtomobildən 3 kiloqramdan artıq marixuana, "Kalaşnikov" markalı avtomat və patronlar aşkarlanıb.
Saxlanılanlar narkokuryerliyə cəlb edildiklərini və Ağsu rayonunda gizlədilən narkotik vasitələri pul qarşılığında deyilən yerə aparmağa razılaşdıqlarını bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdinin ölümünün təfərrüatı
Yasamal rayonunda 7-ci sinif şagirdinin pəncərədən yıxılaraq həyatını itirməsi ilə bağlı yeni detallar məlum olub. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hə...