Ağsuda narkotik satışı ilə məşğul olan şəxslər saxlanılıb
15
yan
2026
13:53
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışını təşkil edən şəxslərə qarşı əməliyyat keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, tədbirlərlə 36 yaşlı Hikayət Quliyev və 25 yaşlı Taleh Abdurahmanov saxlanılıb. Onların idarə etdikləri avtomobildən və yaşadıqları ünvanlardan satış məqsədilə saxladıqları marixuana aşkar olunub.
Faktlarla bağlı cinayət işləri başlanılıb, hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Güclü qar ağacı mağazanın üzərinə aşırdı - Yaşlı qadın...
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Cəlilabad şəhəri ərazisində ağacın devrilməsi nəticəsində bir vətəndaşın köməksiz vəziyyətə düş...