Ağsuda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var
Yeniliklərdən dərhal xəbərdar olun
Ağsuda ölümlə nəticələnən yol qəzası olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1960-cı il təvəllüdlü Bəbir Şirin oğlu Mehdiyevin idarə etdiyi "VAZ 21074 minik" markalı avtomobillə 1987-ci il təvəllüdlü Elmin Ənnağı oğlu Nağıyevin idarə etdiyi "Toyota Prius" markalı minik maşını toqquşub.
Nəticədə "VAZ 21074"ün sürücüsü Bəbir Mehdiyev hadisə yerində ölüb, avtomobildə olan sərnişin, 2014-cü il təvəllüdlü Ceyhun Vüqar oğlu Həsənli, "Toyota Prius"un sürücüsü Elmin Nağıyev və avtomobildə olan 1997-ci il təvəllüdlü Mirzə Mirvahid oğlu Kamilov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı cinayət işi başlanılıb.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...