Ağsuda selin ekskavatoru aparması nəticəsində sahə rəisi ölüb, xəsarət alanların son VƏZİYYƏTİ

Ağsuda selin ekskavatoru aşırması nəticəsində xəsarət alan şəxslərin son durumu açıqlanıb.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Qeyd edilib ki, leysan xarakterli yağış nəticəsində Ağsu rayonunun Kalva kəndi ərazisindən keçən çaya sel gəlməsi səbəbilə xəsarət alan 3 nəfər (kişi) Şamaxı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.
Onlardan 1992-ci il təvəllüdlü və 1982-ci il təvəllüdlü şəxslər boğulma, hipotermiya, travmatik şok, hipoksik ensefalopatiya, bədənin müxtəlif nahiyələrinin travmatik zədələnmələri və sıyrılmış yaralar diqanozu ilə tibb müəssisəsinin Reanimasiya şöbəsində müalicə alır. 1988-ci il təvəllüdlü şəxs isə boğulma, hər iki baldırın sıyrılmış yarası diaqnozu ilə Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
Aparılan zəruri tibbi yardımdan sonra pasiyentlərin vəziyyətləri stabil olaraq qiymətləndirilir.
***15:27
Ağsuda selin ekskavatoru aparması nəticəsində ölən şəxs sahə rəisi olub.
Bu barədə BAKU.WS-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.
Qeyd olunub ki, rayonun Kalva kəndində baş verən hadisədə daha üç nəfər xəsarət alıb.
Agentlikdən verilən məlumata görə, ölən və yaralananlar Muğanlı- İsmayıllı-Qəbələ yolu layihəsində iştirak edən podratçı şirkətin işçiləri olub.
Yerli sakinlərin məlumatına görə, kəskin hava şəraitində, küləkdən qorunmaq üçün işçilər ekskavatora sığınıblar. Bundan sonra gələn sel ekskavatoru aparıb.
***14:58
Ağsuda selin ekskavatoru aşırması nəticəsində xəsarət alanların kimliyi bəlli olub.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 1992-ci il təvəllüdlü Qazax rayon sakini Abdullayev Bəxtiyar Nəsib oglu, 1982-ci il təvəllüdlü Cəbrayıl rayon sakini Salahov Elnur Məhəmməd oglu, 1988-ci il təvəllüdlü Gədəbəy rayon sakini Qasımov Bəxtiyar Fazil oglu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar Şamaxı rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Vəziyyətləri nisbi stabil qiymətləndirilir.
***14:07
Ağsuda güclü sel ekskavatoru aşırıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Kalva kəndində qeydə alınıb.
Yol-təmir işləri ilə məşğul olan işçilər güclü yağışdan qorunmaq üçün ekskavatorda oturublar. Çaya gələn güclü sel ekskavatoru aşırıb. Ekskavatorda olan 4 nəfərdən biri hadisə yerində ölüb. Digər 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Xəsarət alanlar ekskavatordan çıxarılaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
İmişlidə qəza: "Mercedes" və "Opel Astra" toqquşdu
İmişli rayonunda axşam saatlarında yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, qəza "Mercedes" və "Opel Astra" marka...