Ağsuda dağlıq ərazidə yanğın söndürülüb
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün Ağsu rayonu, Suraxanı kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın söndürülüb.
Bu barədə BAKU.WS Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Yanğın zamanı dağlıq ərazidə 15 ha sahədə quru ot və kol-kos yanıb.
Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlər (mürəkkəb relyefli dağlıq ərazi olduğu üçün əsasən əl əməyindən istifadə olunub) tərəfindən söndürülüb.
Yaxınlıqdakı ərazilər yanğından mühafizə olunub.
Oxşar xəbərlər
Lerikdə dağlıq ərazidə baş verən yanğın söndürülüb
Lerik rayonu, Haftonu kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın söndürülüb. Bu barədə BAKU.WS Fövqəladə Hallar Nazirliyinə (FHN) ist...