Ağsuda dağlıq ərazidə yanğın başlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Ağsuda dağlıq ərazidə yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonu, Hacman kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.
İlkin məlumata əsasən, dağlıq ərazidə 4 ha sahədə kol-kos və ağaclar yanır.
Əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
Qəbələdə yanğının söndürülməsinə helikopter cəlb olunub - YENİLƏNİB
Qəbələ rayonu, Tikanlı kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən tədbirlə...