Ağsuda dağlıq ərazidə baş verən yanğın söndürüldü

Ağsuda dağlıq ərazidə baş verən yanğın söndürüldü
Hadisə 77

Ağsuda mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın söndürülüb.

BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, rayonun Gəgəli kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə 50 hektar sahədə quru ot və kol-kos yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər