Ağsu aşırımında və Şamaxı-İsmayıllı yolunda 10-a yaxın avtomobil qəzaya düşüb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Şamaxı, İsmayıllı və Ağsu rayonları ərazisindən keçən yollarda bir neçə avtomobil qəzası baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu ərazilərə yağan güclü qar, həmçinin duman və buz səbəbindən 10-a yaxın nəqliyyat vasitəsi sürüşərək bir-biri ilə toqquşub, yoldan çıxaraq aşıb, ağaca çırpılıb. Onlarla avtomobil hərəkət edə bilmədiyi üçün yolda qalıb, sürücülər və sərnişinlər yolların təmizlənməsini gözləyirlər. Şamaxı şəhəri ərazisində "NİVA" və "Mercedes Vita" markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər xəsarət alıb. Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Hazırda yolların qardan təmizlənməsi işləri görülsə də, qar yağmaqda davam edir, nəqliyyatın hərəkəti yenidən çətinləşir.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda çay məcrasından çıxmaq üzrədir - YOL VƏ EVLƏR DAĞILA BİLƏR (VİDEO)
Ağsu şəhəri ərazisindən keçən Ağsu çayının daşması sahilyanı ərazilərdə bir sıra fəsadlara səbəb olub.APA TV-nin yerli bürosunun xəbərinə görə, hər il yağan güc...