Ağstafada "TikTok" üçün video çəkərkən elektrik vuran yeniyetmə ÖLDÜ
Ağstafada "TikTok" üçün video çəkərkən elektrik cərəyanı vuran yeniyetmə vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
Açıqlamada qeyd olunub ki, 2011-ci il təvəllüdlü şəxs avqustun 21-də saat 23 radələrində Ağstafa Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Yanıq xəsarətləri alan şəxsə ilkin tibbi xidmət göstərilib və daha ixtisaslı tibbi yardım alması üçün Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə təxliyə olunub.
Sifət, boyun, hər iki yuxarı ətrafın ön və arxa səthlərinin III-IV dərəcəli elektrotravmalı ağır termiki yanığı diaqnozu təyin edilən şəxsin həyatını xilas etmək mümkün olmayıb.
Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, avqustun 22-də saat 20:10-da ölüm faktı qeydə alınıb.
Oxşar xəbərlər
Lənkəranda qeyri-adi ördək: Tənha sahibinin yanından ayrılmır
Lənkəran rayonunun Nərimanabad-2 qəsəbəsində qeyri-adi hadisə baş verib. Belə ki, ördək balası sahibindən ayrılmır və günün demək olar ki, bütün saatlarında onu...