Ağstafada "TikTok" üçün video çəkən yeniyetməni CƏRƏYAN VURDU - SON DURUMU AÇIQLANDI

Ağstafada TikTok üçün video çəkən yeniyetməni CƏRƏYAN VURDU - SON DURUMU AÇIQLANDI
Hadisə 76

Ağstafada elektrik cərəyanı vuran yeniyetmənin son durumu açıqlanıb.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Bildirilib ki, avqustun 21-i saat 23:00-da 2011-ci il təvəllüdlü şəxs (kişi cinsli) Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

"Yanıq xəsarətləri alan şəxsə ilkin tibbi xidmət göstərilib və daha ixtisaslı tibbi xidmət almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə təxliyə olunub.

Sifətin, boyunun, hər iki yuxari ətrafların ön və arxa səthlərin III-IV dərəcə elektrotravmalı ağır dərəcəli termiki yanığı diaqnozu təyin edilən şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti kritik ağır qiymətləndirilir".

Qeyd edək ki, Ağstafada azyaşlı bədbəxt hadisə nəticəsində xəsarət alıb. "TikTok" sosial şəbəkə platforması üçün video çəkmək istəyən azyaşlını elektrik cərəyanı vurub. O, yanıq xəsarətləri ilə xəstəxanalardan birinə yerləşdirilib. Azyaşlının vəziyyəti ağır qiymətləndirilir.

Bu barədə "Qafqazinfo" məlumat yayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər