Ağstafada itkin düşən azyaşlı tapılıb - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ağstafa rayonunda itkin düşən azyaşlı tapılıb.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 6-sı axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar xəttinə Ağstafa rayonunun Göycəli kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə 2020-ci il təvəllüdlü uşağın itkin düşməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti və Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən xüsusi təlim keçmiş it cəlb olunmaqla axtarış-xilasetmə işlərinə başlanılıb. Fasiləsiz olaraq həyata keçirilmiş axtarış tədbirləri nəticəsində xilasedicilər tərəfindən azyaşlı səhər saatlarında tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Qalereya
Oxşar xəbərlər
Qaxda meşədə itkin düşən şəxsin kimliyi məlum olub - YENİLƏNİB
Qax rayonunun Ağçay kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə itkin düşən şəxsin kimliyi məlum olub. BAKU.WS xəbər verir ki, həmin şəxs İlisu kənd sakini, 1993-...