Ağstafada dəm qazından zəhərlənən hərbçilərin son durumu AÇIQLANDI

Ağstafada dəm qazından zəhərlənən hərbçilərin son durumu AÇIQLANDI
Hadisə 201

Ağstafada dəm qazından zəhərlənən şəxslərin vəziyyətləri stabildir, xəstəxanada müalicələri davam etdirilir.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib.

"Fevralın 5-də saat 00:30-da Ağstafa rayonu Hüseyn Arif küçəsi ərazisindən dəm qazından zəhərlənmə şübhəsi ilə üç nəfər (kişi cinsli) Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

1995, 2002 və 2004-cü il təvəllüdlü şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri stabil qiymətləndirilir. Müalicələri xəstəxananın Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir".

*** 09:30

Ağstafada üç nəfər dəm qazından zəhərlənib.

BAKU.WS Unikal.az-a istinadən xəbər verir ki, hadisə Ağstafa şəhərinin mərkəzi küçələrinin birində qeydə alınıb.

3 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Zəhərlənən şəxslərə ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.

Məlumata görə, hər üç şəxs kirayə qaldıqları evdə dəm qazında zəhərlənib.

Onların hərbçi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər