Ağstafada canavarlar kəndə hücum etdi: 40 heyvanı parçaladılar
Ağstafa rayonunun Tatlı kəndində canavarlar kənd sakininə məxsus qoyun sürüsünə hücum ediblər. Ac canavarlar fermada 40 heyvanı parçalayıblar.
Təsərrüfat sahibi bildirib ki, səhər saat 8-də çobanın zəngi ilə hadisədən xəbər tutub:
"Gəlib gördüm, vəziyyət bu gündədir. 37 qoyunum ölüb, 3-ü isə yaralıdır".
Ağstafa Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin rəisi Şəfayət Bağırovun verdiyi məlumata görə, hücuma məruz qalan heyvanların ətindən istifadə etmək qəti qadağandır.
O, həmçinin qeyd edib ki, ölmüş heyvanların cəsədləri itlərə də verilməməlidir. Təsərrüfat sahibinin bildirdiyinə görə, canavar hücumu nəticəsində ona təxminən 12 min manat dəyərində maddi ziyan dəyib.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
Məhkəmə Bakıda gəlinini doğrayıb meyitini zibil qutusuna atan kişi barədə qərar verdi
Bakıda gəlinini xüsusi amansızlıqla öldürüb, doğrayaraq zibil qutusuna atan 79 yaşlı İdris Məhərrəmovun Bakı Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasi...