Ağstafada 3 avtomobil toqquşub: Ölən var
Yeniliklərdən dərhal xəbərdar olun
Ağstafada 3 avtomobil toqquşub, ölən var.
BAKU.WS Report-a istinadən xəbər verir ki, Tariyel İsgəndərovun idarə etdiyi "Mercedes" markalı avtomobil Ağstafa şəhəri ərazisində hərəkətdə olan zaman həmin yola çıxan Aqil Osmanovun idarə etdiyi "VAZ 2107" markalı avtomobillə toqquşub.
O, sonra qarşı hərəkət zolağına çıxaraq Qazax şəhəri istiqamətində hərəkətdə olan İslam Məmmədzadənin idarə etdiyi "Opel Astra" markalı avtomobillə toqquşub.
Nəticədə "Opel Astra" markalı avtomobilin sürücüsü xəsarət alıb, "Mercedes" markalı avtomobilin sürücüsü isə aldığı bədən xəsarətlərindan tarixdə ölüb.
Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində cinayat işi başlanılaraq istintaqı aparılır.
Oxşar xəbərlər
Qazaxda ərli qadının şok sərgüzəşti - Təfərrüat
Qazax rayonunda 1981-ci il təvəllüdlü Əzim şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı 1982-ci il təvəllüdlü həyat yoldaşı Fərqanəni (adlar şərti veril...