Ağır qəzada həlak olan şəxs lisey müəllimi imiş
Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, ağır qəzada həlak olan 1962-ci il təvəllüdlü Seymur Kərimov rayonda tanınmış müəllimlərdən olub.
O, uzun müddətdir Beyləqan şəhər Humanitar Fənlər Təmayüllü Liseyində gənclərin çağırışaqədərki hərbi hazırlıq müəllimi kimi fəaliyyət göstərirmiş.
Qeyd edək ki, hadisə vaxtı S.Kərimovun idarə etdiyi "VAZ 2107" markalı avtomobillə "Ford" markalı maşın toqquşub. Nəticədə, Seymur Kərimov vəfat edib, qızı 1996-cı il təvəllüdlü Aytən Muradova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Oxşar xəbərlər
BYD arakəsməni dağıdıb işıq dirəyinə çırpıldı
Bu gün səhər saatlarında Bakı-Qazax magistralının Qaradağ rayonu, Səngəçal qəsəbəsindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS "Qafqazinfo"y...