Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək

18
avq
2025
15:11
Ağdərə rayonu ərazisində "Gödəkburun" təlim mərkəzində 18-22 avqust tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək:
"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq".
Oxşar xəbərlər
Beynəlxalq axtarışa verilən Tacikistan vətəndaşı ölkəsinə qaytarılıb
Beynəlxalq axtarışa verilmiş Tacikistan vətəndaşı, 1983-cü il təvəllüdlü İbronov Xokimcon İmomconoviçi ölkəsinə təhvil verilib. BAKU.WS xəbər verir ki, bu barəd...
