Ağdaşda ər arvadını uşaqlarının gözü qarşısında öldürüb
Yeniliklərdən dərhal xəbərdar olun
Ağdaş rayonunda ər arvadını qətlə yetirib.
BAKU.WS "oxu.az"-a istinadən xəbər verir ki, hadisə rayonun Nehrəxəlil kəndində baş verib.
Tofiqi kənd sakini 1988-ci il təvəllüdlü Səttarov Tural Tahir oğlu həyat yoldaşı, Nehrəxəlil kənd sakini 1995-ci il təvəllüdlü Səttarova Nuranə Elburus qızını səkkiz bıçaq zərbəsi ilə qətlə yetirib.
Qeyd edək ki, T.Səttarov N.Səttarova ilə 2012-ci ildə ailə həyatı qurub. Bir həftə əvvəl onlar arasında ailə münaqişəsi baş verib. Bu səbəbdən N.Səttarova üç azyaşlı övladı ilə atasının evinə gedib. T.Səttarov bu gün Nehrəxəlil kəndinə gedərək azyaşlı övladlarının qarşısında həyat yoldaşını qətlə yetirib.
Qeyd edək ki, bu, T.Səttarovun üçüncü evliliyidir.
Faktla bağlı Ağdaş rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
Oxşar xəbərlər
Arvadını kənddə qonşu kişi ilə tutdu və ... - Azərbaycanda AĞLASIĞMAZ HADİSƏ
Qətl hadisəsi törətməkdə təqsirli bilinən Ağcabədi rayon sakini, 1971-ci il təvəllüdlü Musa Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.BAKU.WS “publik...