Ağdaşda faciə: Vətən müharibəsi iştirakçısı qatarın altında qalaraq öldü
Vətən müharibəsi iştirakçısı bədbəxt hadisə nəticəsində həyatını itirib.
BAKU.WS "Unikal"a istinadən xəbər verir ki, hadisə avqustun 29-da Ağdaş rayonu ərazisində qeydə alınıb.
Belə ki, Qəbələ-Bakı marşrutu üzrə hərəkət edən sərnişin qatarı 1995-ci il təvəllüdlü Kərimli Bədəl Məzahir oğlunu vurub və o, aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Vətən müharibəsi iştirakçısı olan Bədəl Kərimli "Xocavəndin azad olunmasına görə" və "Ağdamın azad olunmasına görə" medalları ilə təltif edilib. Mərhum ailənin tək övladı idi.
"Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib ki, avqustun 29-u saat 19:30-da Qəbələ-Bakı marşrutu üzrə hərəkət edən sərnişin qatarının qarşısına Ləki stansiyası yaxınlığında qəfil insan çıxıb:
"Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub, dəmir yolunu qadağan olunmuş yerdən keçməyə cəhd edən şəxs həyatını itirib. ADY bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yerlərdən və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır", - deyə məlumatda qeyd edilib.
Qalereya
Oxşar xəbərlər
Şuşa-Laçın yolunda bədbəxt hadisə: Ölənlər var
Şuşa-Laçın avtomobil yolunda aparılan qazıntı işləri zamanı iki nəfər həyatını itirib. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə avqustun 30-da Şu...