Ağdaşda 56 yaşlı kişi bıçaqlandı - Qardaşı oğlu saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Ağdaşda bıçaqlanma olub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, rayonun Birinci Aral kəndində 23 yaşlı Rəhim Kərimov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əmisi, 1969-cu il təvəllüdlü Nəriman Kərimova yaşadığı evdə kəsici alətlə xəsarət yetirib.
Daha sonra R.Kərimov hadisə yerindən qaçıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Müvafiq ekspertiza təyin olunub və araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...