Ağdamda yanğın baş verib

Ağdam rayonunun Sarıçoban kəndində yanğın baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdam Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus fərdi yaşayış evinə bitişik yardımçı tikilidə baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik evə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 18 kv.m olan yardımçı tikilinin yanar konstruksiyaları yanıb və içərisində olan ev quşları tələf olub.
Bitişik ev yanğından mühafizə olunub.
Oxşar xəbərlər
Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri AXTARIŞA VERİLDİ
Külli miqdarda dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, "Viktoriya-313" tikinti şi...
