Ağdamda gənc qız üzündən bıçaqlandı: Yaralı paytaxt xəstəxanasına köçürüldü
Yeniliklərdən dərhal xəbərdar olun
Ağdam rayonunda dayısı oğlu tərəfindən bıçaqlanan qız paytaxta göndərilib.
BAKU.WS "Teleqraf"a istinadən xəbər verir ki, rayon sakini Leyla Cəfərova müxtəlif dərəcəli bıçaq xəsarətləri alıb.
Yaralı üz nahiyəsinin və sol əlinin kəsilmiş-deşilmiş yaraları ilə xəstəxanaya çatdırılıb.
Tibb müəssisəsində zərərçəkənə ilkin tibbi yardım göstərilib və yaralarına tikiş qoyulub. Lakin həkimlərin qərarına əsasən, vəziyyətinin daha ciddi müayinə və müalicə tələb etməsi səbəbindən L.Cəfərova paytaxtdakı ixtisaslaşmış travmatologiya xəstəxanasına yerləşdirilib.
Hadisənin hansı zəmində baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...