Ağdamda ekskavator piyada əleyhinə minaya düşdü
Yeniliklərdən dərhal xəbərdar olun
Ağdam rayonunun Novruzlu kənd ərazisində mina hadisəsi baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti birgə məlumat yayıb.
Minalardan təmizlənməmiş ərazidə ekskavator piyada əleyhinə minaya düşüb. Ekskavator zədələnib, xəsarət yoxdur.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
AR DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!
Oxşar xəbərlər
Ağdamda baş verən partlayışda xəsarət alan ANAMA əməkdaşının son durumu AÇIQLANDI - YENİLƏNİB
“Ağdam rayonunun Sarıcalı kəndi ərazisində detonator partlaması nəticəsində xəsarət alan Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Anar Mürşüd oğlu...