Ağdamda ekskavator minaya düşüb
31
dek
2021
15:44
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Dekabrın 29-da Ağdam rayonunun Baş Qərvənd kəndi ərazisində təmir işləri aparılan zaman “Körpü-Bina-Tikinti” MMC-yə məxsus ekskavator ilə sürücü 1978-ci il təvəllüdlü Vurğun Məmmədovun tank əleyhinə minaya düşüb.
Bu barədə BAKU.WS-ə Ağdam Rayon Prokurorluğundan məlumat verilib.
Nəticədə ekskavatora ziyan dəyib, sürücü hər hansı xəsarət almayıb.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Ağdamda yol çəkən texnika minaya düşdü - YENİLƏNİB
Dekabrın 16-da saat 13 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş Baş Qərvənd kəndi ərazisindəki Xaçınçay çayının ətrafında yol-tikinti işləri ilə məşğul...