Ağdamda dölün ana bətnində tələf olmasının ilkin səbəbi AÇIQLANDI

Ağdamda dölün ana bətnində tələf olmasının ilkin səbəbi AÇIQLANDI
Hadisə 182

 Ağdamda dölün ana bətnində tələf olmasının ilkin səbəbi açıqlanıb.

TƏBİB-dən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 10:30 radələrində 2004-cü il təvəllüdlü şəxs hamiləliyin 41-ci həftəsinin doğuş sancıları ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasının Ginekologiya və doğum şöbəsinə hospitalizasiya olunub.

Qeyd olunub ki, ona təkdöllü spontan doğuş, hamiləliyin sonunda döl başının tibbi yardım göstərilməsini tələb edən yüksək duruşu, döl qişalarının vaxtından əvvəl cırılması diaqnozları təyin olunub.

Məlumata görə, müraciət zamanı qadının səhhətinin ağırlaşması səbəbindən saat 11:10 radələrində Cərrahiyyə blokuna yerləşdirilib. Zəruri instrumental-diaqnostik müayinələrə baxmayaraq, vətəndaşın kliniki ölüm halı qeydə alınıb.

Həkimlərin çoxsaylı müdaxiləsi sayəsində qadının həyatı xilas edilib. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.

Ölü doğulan körpənin meyiti təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib.

***13:05

Ağdamda doğuş vaxtı kliniki ölüm keçirən 21 yaşlı ana son anda ayılıb, bətnindəki döl isə tələf olub.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hadisə ötən gün Ağdam Mərkəzi Rayon Xəstəxanasının əməliyyatxanasında baş verib.

Doğuş üçün əməliyyat otağına götürülən 2004-cü il təvəllüdlü Yusifova Fatimə Məzahir qızının anidən halı pisləşib və əməliyyat masasında keçinib.

Həkimlərin köməyi sayəsində ana F.Yusifovanın həyatını xilas etmək mümkün olub. Bətnindəki döl isə tələf olub.

Hazırda F.Yusifovanın səhhəti duruma uyğun qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər