Ağdam və Xocavənddəki yanğınla bağlı RƏSMİ AÇIQLAMA

Ağdam rayonunun Gülablı, Abdal və Xocavənd rayonunun Sos kəndləri istiqamətində açıq ərazidə yanğın başlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumat verilib.
Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə yanğınlarla bağlıməlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.
Xatırladaq ki, Ağdam rayonunun Əliağalı, Yeni Qaralar və Ağdərə rayonunun Sırxavənd kəndləri istiqamətində açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində nəzarətə götürülüb.
***21:14
Ağdamın bir neçə istiqamətində yanğın qeydə alınıb.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.
Rayonun Xıdırlı və Kəngərli kəndlərində açıq ərazi yanır. Əraziyə yanğınsöndürənlər cəlb olunub.
Yanğınla mübarizə tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Goranboyda ildırım meşə ərazisində yanğına səbəb olub
Goranboy rayonunun Yal Taxıl adlanan meşəlik ərazisinə ildırım düşməsi nəticəsində yanğın baş verib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə zamanı əraz...