Ağdamda avtomobilin vurduğu piyada xəstəxanada ölüb
Yeniliklərdən dərhal xəbərdar olun
Ağdam rayonunda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə rayonun Xındırıstan qəsəbəsi ərazisində baş verib.
Qəsəbə sakini, 1962-ci il təvəllüdlü Həsənov Ələmdar Hamid oğlu yolu keçərkən 21 yaşlı Elcan Şirəliyev idarə etdiyi "Prado" markalı avtomobillə onu vurub.
Yaralı Ə.Həsənov Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərilən Ələmdar Həsənov təcili tibbi yardım avtomobili ilə Bərdə Diaqnostika Mərkəzinə göndərilib. Lakin həkimlərin səyinə baxmayaq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...