FHN: Ağdam və Ağdərədə açıq ərazidə yanğın nəzarətə götürülüb

Ağdam rayonunun Əliağalı, Yeni Qaralar və Ağdərə rayonunun Sırxavənd kəndləri istiqamətində açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində nəzarətə götürülüb.
BAKU.WS xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında bildirilib.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.
Yanğınla mübarizə tədbirlərinə FHN-in Aviasiya dəstəsinin iki ədəd helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Əlavə məlumat veriləcək.
***09:05
Xəbər verildiyi kimi, Ağdam rayonunun Əliağalı, Yeni Qaralar və Ağdərə rayonunun Sırxavənd kəndləri istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin qüvvələri cəlb olunub.
BAKU.WS xəbər verir ki, yanğının daha geniş sahəyə yayılmasının qarşısını almaq və söndürülməsi işlərini sürətləndirmək məqsədilə əraziyə Aviasiya dəstəsinin iki ədəd helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam edir.
Əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
"Defacto" vətəndaşa malı 5 manat baha satdı - 4 min cərimələndi
Bakıda "Defacto" mağazalar şəbəkəsi külli miqdarda cərimələnib. BAKU.WS "Qaynarinfo"ya istinadən xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonunda yerləşən "Gənc...