Ağcabədidə yük və minik avtomobilləri toqquşub, bir nəfər ölüb, üçü yaralanıb

Ağcabədi rayonunda yük və minik maşınlarının toqquşması nəticəsində bir nəfər ölüb, üç nəfər ağır xəsarət alıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hərəkətdə olan "KamAZ"la "Lada Priora" markalı avtomobillər toqquşub.
Nəticədə minik avtomobilinin sürücüsü, 1979-cu il təvəllüdlü Allahverdi Yusif oğlu İmanov hadisə yerində ölüb. Minik maşınında olan digər sərnişinlər - sürücünün atası, 1942-ci il təvəllüdlü Yusif Allahverdi oğlu İmanov, 1948-ci il təvəllüdlü Cəlilabad Əbdül oğlu Nadirov və 1972-ci il təvəllüdlü Vüqar Cəmşid oğlu Əhmədov müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda daha iki nəfər spirtdən zəhərlənib öldü
Bakıda daha iki nəfər texniki spirtdən zəhərlənərək ölüb. BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, hadisələr Sabunçu və Nizami rayonlarında qeydə alınıb. Bel...
