Ağcabədidə iki VAZ toqquşdu - Xəsarət alanlar var
05
iyn
2026
17:21
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ağcabədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə ötən gecə saat bir radələrində şəhər ərazisində qeydə alınıb.
Rayon sakini Elvin Əliyevin idarə etdiyi VAZ-21011 və Cavid Əfqanlının idarə etdiyi VAZ-2106 markalı avtomobillər toqquşublar.
Hadisə nəticəsində sürücülər və VAZ-2106-da olan üç yaşlı oğlan ağır xəsarətlər alıblar.
Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...