Ağcabədidə 13 yaşlı qızdan uşağı olan kişi ilə bağlı hökm DƏYİŞDİ - Həbsi tələb edildi

Ağcabədidə 14 yaşlı qızın ana olması və bu iş üzrə məhkəmə hökmü geniş müzakirələrə səbəb olub. Yetkinlik yaşına çatmayan şəxslə dəfələrlə cinsi əlaqədə olmaqda təqsirli bilinən 24 yaşlı Ceyhun Ağayevin şərti cəzalandırılması cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, təqsirləndirilən şəxsə şərti cəza təyin edilməsi prokurorluğu da narazı salıb. Eyni əsasla bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilib.
Məhkəmənin 12 mart 2025-ci il tarixli hökmü ilə Ceyhun Ağayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.4.1-ci (on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxslə təkrarən cinsi əlaqədə olma) maddəsi ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib. Lakin məhkəmə Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək bu cəzanı 1 il sınaq müddəti təyin olunmaqla şərti hesab edib.
Prokurorluq hesab edir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi cinayətin ictimai təhlükəliliyini və ağırlığını nəzərə almadan, qanunvericiliyin prinsiplərinə uyğun olmayan yüngül cəza təyin edib.
Bu səbəbdən, hökmün ləğv edilməsi və təqsirləndirilən şəxsə sanksiya həddində azadlıqdan məhrumetmə cəzasının verilməsi tələb olunur.
Protestə Şirvan Apellyasiya Məhkəməsində baxılacaq.
Oxşar xəbərlər
Hotelə qızıl külçələr apararkən saxlanılan polkovniklə bağlı YENİ QƏRAR - Hadisənin GÖRÜNTÜLƏRİ
İstanbul Hava Limanından çıxıb hotelə gedərkən 70 kiloqram çəkidə qızıl külçələrlə saxlanılan polkovnik-leytenant Qəhrəman Məmmədovun cinayət işi üzrə aparılan...
