Ağadadaş Ağayevin başı yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Xalq artisti Ağadadaş Ağayev yeni qalmaqalla üzləşib və barəsində məhkəmə qərarı çıxarılıb.
BAKU.WS Gününsəsi.info-ya istinadən xəbər verir ki, Xalq artisti bu dəfə "DəmirBank"a olan köhnə borclarını ödəmədiyinə görə məhkəməyə verilib.
Belə ki, Əmanətlərin Sığortalanması Fondu müflis elan edilmiş "DəmirBank" ASC qarşısında borc öhdəliyi olan Ağadadaş Ağayevdən banka olan borcunu tələb etsə də, o, bunu ödəməkdən imtina edib. Nəticədə Fond Xalq artistindən Binəqədi Rayon Məhkəməsinə şikayət verib.
Məhkəmə Ağadadaş Ağayevin illər əvvəl bankdan götürdüyü, amma ödəmədiyi krediti və onun hesablanan faizlərini qaytarması barədə qərar çıxarıb.
Bu vəsaitin 50 min manata yaxın olduğu bildirilir.
Xatırladaq ki, Ağadadaş Ağayev bir müddət əvvəl məşhur balta olayı ilə gündəmə gəlib.
Bu hadisəyə görə də cinayət işi başlanıb və istintaq aparılır.
Oxşar xəbərlər
Bakıda yeniyetmə dostunu bıçaqladı, zərərçəkmiş məhkəmədə onu bağışladı
Bakı Ağır Cinayətlər Məhkəməsi yetkinlik yaşına çatmayan bir yeniyetmənin dostunu bıçaqla yaralaması və qanunsuz silah saxlaması ilə bağlı cinayət işinə baxıb....
