Ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 129 min manatdan çox ziyan dəyib
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Gəncə şəhərləri, Abşeron və İsmayıllı rayonlarının inzibati ərazilərində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 129 min manatdan çox ziyan dəyib.
BAKU.WS xəbər verir ki, Bakı şəhəri Xətai rayonu Nəsrəddin Tusi küçəsi 10G ünvanında, eyni zamanda Xətai rayonu Xəqani Rüstəmov küçəsində, Gəncə şəhəri Şah İsmayıl Xətai prospekti 231 ünvanında, Abşeron rayonu Ceyranbatan qəsəbəsi Nizami küçəsində, İsmayıllı rayonu Zərnava və Sərdahar kəndlərinin inzibati ərazilərində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 129 min 10 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...