Ağacları kəsib avtodayanacaq salmaq istədilər - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ağacları kəsərək avtodayanacaq salmaq istəyən şirkətlə bağlı sənədlər Baş Prokurorluğa göndərilib.
Bu barədə BAKU.WS-ə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, araşdırma zamanı ağacların avtodayanacaq salınması məqsədilə "Turan 97" Məhdud Məsuliyyətli Müəssisə tərəfindən kəsildiyi və təbiətə ümumilikdə 8580 manat məbləğində ziyan dəydiyi müəyyən edilib:
“Faktla bağlı akt tərtib olunub, yaşıllığa dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.
Xidmət rəsmisinin sözlərinə görə, sözügedən ərazidə kəsilmiş ağacların əvəzinə yeni ağaclar əkilib.
Qalereya
Oxşar xəbərlər
Binəqədi rayonunda gecə yolları belə DAĞITDILAR - VİDEO
Binəqədi rayonunda ağaclar qanunsuz şəkildə kəsilir. BAKU.WS lent.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər rayon sakinləri tərəfindən sosial şəbəkələ...