Ağacları kəsən şirkət cəzalandırılıb

Ağacları kəsən şirkət cəzalandırılıb
Hadisə 32

Xətai rayonu, Zığ şossesinin kənarındakı zeytunluq adlanan ərazidə ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Xidmət rəsmisi Vaqif Cavadov BAKU.WS-ə bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı "Grand Aqro" MMC-yə məxsus zeytunluq ərazidəki ağacların qanunsuz kəsildiyi və sərt budandığı müəyyən edilib.

"Faktla bağlı "Grand Aqro" MMC barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər