Ağacları kəsən şəxs barədə sənədlər rayon prokurorluğuna göndərilib
05
noy
2021
09:40
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Bərdə rayonu Xanərəb kəndi ərazisində ağacların kəsildiyi müəyyən edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov BAKU.WS-ə bildirib ki, araşdırma zamanı ağacların Bərdə rayon sakini Əfqan Məmmədov tərəfindən kəsildiyi və təbiətə 13 600 manat məbləğində ziyan dəydiyi məlum olub:
“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Bərdə Rayon Prokurorluğuna göndərilib”.
Oxşar xəbərlər
Qanunsuz meşə materialları daşıyanlar saxlanıldı - FOTO
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Lənkəran rayonu ərazisində keçirilən nəzarət tədbirləri zamanı “Qazel” və “Mercedes-Benz” markalı...