Ağac kəsdiyinə görə şirkət 50 000 manat cərimələndi
Yeniliklərdən dərhal xəbərdar olun
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Nizami rayonu, T.Abbasov 5 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayəti yerində araşdırıb.
BAKU.WS xəbər verir ki, bunu Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Sadiq Dərafərin bildirib.
Onun sözlərinə görə, sözügedən ünvanda aparılan araşdırma zamanı 2 sərv ağacının “Təbriz Center” MMC tərəfindən tikinti işləri aparılan zaman kəsildiyi müəyyən edilib.
Faktla bağlı akt və protokol tərtib olunub.
“Təbriz Center” MMC-nin hüquqi şəxs qismində 50 000 manat məbləğində cərimə olunması üçün toplanmış materiallar Nizami Rayon Məhkəməsinə göndərilib.
Oxşar xəbərlər
Tanış qadınla yad kişini yatağa salıb videoya çəkdi və... - Bakıda DƏHŞƏTLİ OLAY
Bakıda intim əlaqədə olduğu qadını şantaj etməkdə təqsirli bilinən Masallı rayon sakini, 1984-cü il təvəllüdlü Samir Məmmədov və onun dostu Sadiq Əliyevin cinay...