Afrikanın bakılı zəngin qadını ərini itirdi

Afrikanın bakılı zəngin qadını ərini itirdi
Hadisə 3263

Afrikanın ən zəngin qadını İzabel dos Santosun əri Sindika Dokolo Dubay sahillərində vəfat edib.

BAKU.WS xarici KİV-ə istinadla xəbər verir ki, Konqodan olan iş adamı və kolleksioner olan Dokolo təcrübəli bir dalğıc idi. İş adamı dənizin dibinə enmək istəyərkən qəza baş verib.

48 yaşlı Dokolo həkimlərin müdaxiləsinə baxmayaraq vəfat edib.

Anqolaya 38 il rəhbərlik etmiş Xose Dos Santosun qızı İzabel Dos Santos Afrikanın ən zəngin qadını kimi tanınırdı. Bu ilin əvvəlində Dos Santos atası Xosenin hakimiyyəti dövründə almaz, neft və telekomunikasiya müqavilələrindən milyonlarla dollar dövlət pulunu mənimsəməkdə günahlandırıldı.

Santos iddiaları rədd edib və prokurorların onu saxta sənədlər hazırlayaraq günahlandırdığını iddia edib.

İzabel dos Santos 2002-ci ildə Sindika Dokolo ilə evlənib və cütlüyün üç övladı var.

Qeyd edək ki, İzabel Bakıda, Anqola inqilabçısı Joze Eduardu duş Santuşun və sovet vətəndaşının ailəsində doğulub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər