AFFA hakimi təhqir edən futbolçunu dörd oyunluq cəzalandırdı

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
BAKU.WS xəbər verir ki, iclasda II Liqanın XVII turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar verilib.
"Şəki Siti" - "Göygöl" oyununun 30-cu dəqiqəsində ev sahibi komandanın futbolçusu Tural Məmmədzadə sərt davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün dörd oyunluq cəzalanıb, klubu 300 manat cərimə edilib. Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtda gəlmədiyi və matç gec başladığı üçün Şəki klubu daha 100 manat cərimə edilib.
"Kür-Araz" - "Dinamo" oyununun 40-cı dəqiqəsində meydan sahiblərinin futbolçusu Museyib Vəlizadə ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra fasilədə hakimləri təhqir etdiyinə görə dörd oyunluq cəzalanıb, klubu 300 manat cərimə edilib.
Oxşar xəbərlər
"Cibinə siqaret qoy" sözünə görə dostunu öldürdü - Dəhşətli qətlin TƏFƏRRÜATI
Naxçıvanda sərxoş vəziyyətdə olan dostların mübahisəsi qətllə sona çatıb. BAKU.WS-in məlumatına görə, qətl hadisəsi Babək rayonunun Şıxmahmud kəndində baş veri...
