Aeroport yolundakı ağır qəzada xəsarət alanların vəziyyəti açıqlandı

Aprelin 5-də saat 22:30-da Sabunçu rayonu ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olub.
BAKU.WS xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Qeyd olunub ki, təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər (kişi cinsli) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinə təxliyə olunub.
1964-cü il təvəllüdlü şəxsə baldırın sınığı diaqnozu ilə zəruri tibbi yardımlar göstərilib. Hazırda Müştərək travma şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
1985-ci il təvəllüdlü şəxsə isə qapalı kəllə-beyin travması ilə zəruri tibbi yardımlar göstərilib və dərhal Cərrahi profilli reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır stabil qiymətləndirilir.
Oxşar xəbərlər
27 yaşlı Lənkəran sakini Serbiyada 7-ci mərtəbədən yıxılaraq ölüb
27 yaşlı Lənkəran sakini Serbiyada 7-ci mərtəbədən yıxılaraq ölüb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, Lənkəran şəhər sakini 1998-ci il təvəllüdlü Həsən Mə...