Aeroport yolunda dəhşətli qəza törətmiş şəxs həkim imiş

Aeroport yolunda dəhşətli qəza törətmiş şəxs həkim imiş
Hadisə 418

Aeroport şosesində piyadanı vuraraq öldürən sürücü həkim olub.

APA xəbər verir ki, hadisəni törədən Eldəniz Əliyev akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində ürək-damar cərrahiyə şöbəsinin həkimidir.

O, yaralı piyadaya ilkin tibbi yardım göstərib.

Daha sonra yaralını xəstəxanaya aparmağa çalışıb.

Buna baxmayaraq piyada yolda ölüb.

***

Saat 08:27

Bakının Suraxanı rayonunda ağır yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə aeroport şosesinin Əmircan qəsəbəsi ərazisinə düşən hissəsində qeydə alınıb.

Belə ki, magistral yolda piyada - 1986-ci il təvəllüdlü Xalıqov Zaur Aydın oğlu yolun əks tərəfinə keçərkən onu minik avtomobili vurub.

Sürücü xəsarət almış piyadanı xəstəxanaya aparararkən Z.Xalıqov yolda dünyasını dəyişib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları sürücünün izahatını alıb və araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər