Aeroport yolunda "Audi" aşdı - ANBAAN VİDEO
Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) aprelin 5-nə keçən gecə aeroport yolunda baş vermiş qəzanın görüntülərini yayıb.
BAKU.WS Mərkəzə istinadən xəbər verir ki, "Audi" markalı avtomobilin sərt ötmə manevri edərkən idarəetmədən çıxması ağır nəticələrə səbəb olub.
Belə ki, avtomobil öz yolu ilə hərəkət edən "Toyota"ya çırpıldıqdan sonra aşıb. Hadisə nəticəsində xəsarət alanlar olub.
Bildirilib ki, hər hansısa sürücü yolda sürət həddini aşırsa, təhlükəli manevrlər edirsə, düzgün ara məsafəsi saxlamırsa, digərlərindən irəli düşmək üçün yollarda təhlükəli vəziyyət yaradırsa, bu, həm özünün, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün real riskdir:
"Belə davranışlar yol hərəkəti qaydalarının kobud şəkildə pozulması olmaqla yanaşı, inzibati məsuliyyətə səbəbdir. Ağır nəticələrə səbəb olduqda isə cinayət məsuliyyəti yaradır. Bir neçə gün əvvəl paytaxtın Xəzər rayonu, aeroport şosesində baş verən bu qəzada olanlar da bir qisim sürücüyə tanış mənzərədir. Yol-nəqliyyat hadisəsinin iştirakçısı olmamaq üçün müşahidə kamerasının qeydə aldığı qəza anına baxıb nəticə çıxarmağınızı tövsiyə edirik".
Oxşar xəbərlər
114A və 114B nömrəli avtobuslardan ŞİKAYƏT
Paytaxtda fəaliyyət göstərən 114A və 114B nömrəli avtobus marşrutlarından istifadə edən sərnişinlər xidmətin keyfiyyətindən narazıdırlar. Bu barədə məlumat BAKU...