Aeroport yolunda ağır qəza - "London Taxi" piyadanı vurdu – FOTO
23
iyn
2018
11:36
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nizami rayonunda bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.BAKU.WS "report"a istinadən xəbər verir ki, metronun Koroğlu stansiyasının yaxınlığında Heydər Əliyev prospektini piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçmək istəyən 1992-ci il təvəllüdlü Əliyev Rasim Söhbət oğlunu London taksisini idarə edən Səfərov Şirməmməd Nəzir oğlu vurub.Zərbənin gücündən avtomobil deformasiyaya uğrayıb. Sürücü piyadanın vəziyyətinin ağır olduğunu görərək, ətrafdakıların köməkliyi ilə onu 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirib.Yaralı cərrahi əməliyyat olunub. Onun vəziyyəti orta-ağırdır.Faktla bağlı Nizami Rayon Polis İdarəsinin əməkdaşları sürücünün izahatını alıb. O, inzibati məsuliyyətə cəlb olunub.Avtomobil cərimə meydançasına yerləşdirilib.BAKU.WS




Oxşar xəbərlər
Bakıda piyadanı vurub qaçan sürücü sakinlər tərəfindən döyüldü
Bakıda piyadanı vurub qaçan sürücü sakinlər tərəfindən döyülüb.BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.Binəqədi qəsəbəsi...