Ağdamda 13 yaşlı yeniyetməni maşın vuraraq öldürüb - FOTOLAR
27
mar
2019
08:54
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ağdam rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Əfətli kəndi ərazisində qeydə alınıb.Belə ki, "VAZ-21099" markalı 02-BS-884 dövlət nömrə nişanlı avtomobil yolu keçmək istəyən 13 yaşlı yeniyetməni vurub. Yaralı xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Birliyinin Bərdə rayon şöbəsinə gətirilib. Müayinədən sonra aidiyyəti üzrə təhvil verilib.BAKU.WS

Oxşar xəbərlər
Gəncə, Sumqayıt və Masallıda yol qəzaları: 3 ölü, 1 yaralı var - VİDEO
Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.Xezerxeber.az-ın məlumatına görə, şəhərin Şah İsmayıl Xətai prospektində yolu qarşı tərəfə keçmək i...